biznesləri üçün hazır proqramlar və idarəetmə sistemi

Sifarişlər, işçilər, kartlar və anbar: hər şey Telegram-a gəlir. Bir dəfə alırsınız, ömürlük sizindir.

Quraşdırma və öyrətmə qiymətə daxildir
  • Hər şey telefonunuzda, Telegram-da
  • Birdəfəlik ödəniş, aylıq abunə yoxdur
  • 24 saata işə düşür
NodMenu kassa proqramı: masalar və yeni sifarişlər
  • 10hazır məhsul
  • 1 ödənişömürlük lisenziya
  • 24 saatsifarişdən işə düşənə qədər
  • AZdəstək öz dilimizdə

Biznesinizə uyğun proqramı seçin

Hər proqram real müştəridə işləyir. Qiymətə quraşdırma, Telegram botunun qoşulması və öyrətmə daxildir.

NodMenu kassa proqramıƏn çox seçilən
Restoran · Kafe

Masadan sifariş sistemi. Müştəri stendə telefonunu toxundurur, menyunu açır, sifariş verir. Sifariş masa nömrəsi ilə kassaya və Telegram-a düşür.

  • Hər masanın öz linki
  • Kassa proqramı
  • Telegram bildirişi
600 ₼16 masa, stendlər daxil
NodTimer proqramı
PlayStation · Bilyard

Oyun klubları üçün vaxt və hesablama. Masa başlayanda bir düymə: vaxt gedir, məbləğ tarifə görə özü sayılır, bitəndə xəbərdarlıq edir.

  • PS3 · PS4 · bilyard
  • Telefondan baxış
  • Günlük hesabat
25 ₼1 ay
200 ₼1 il
400 ₼ömürlük
WorkCheck proqramı
İşçi nəzarəti

Kim neçədə gəldi, neçədə getdi, bu ay neçə gün işlədi, maaşı nə qədər olur. Hamısı avtomatik, hər işçi üçün gündəlik qeyd.

  • Gəliş-gediş
  • Maaş hesabı
  • Telegram bot
150 ₼Birdəfəlik
BirCheck proqramı
Birbank kartları

İşçilərdəki Birbank kartlarına girən və çıxan pulu real vaxtda görün. Bankdan gələn SMS-lər avtomatik oxunur, hər əməliyyat sizin ekranınızda.

  • Bir neçə kart
  • Anında bildiriş
  • Gün sonu hesabat
200 ₼Birdəfəlik
PayCheck proqramı
Nisyə satış · Borclar

Kim nə qədər borcludur, nə vaxt ödəməlidir, nə qədərini ödəyib. Vaxt yaxınlaşanda proqram özü Telegram-a xatırladır, heç bir borc unudulmur.

  • Qismən ödəniş
  • Xatırlatma
  • Excel-ə ixrac
120 ₼Birdəfəlik
DepoCheck proqramı
Anbar · Bağlamalar

Gələn hər bağlama üç mərhələdən keçir: yolda, anbarda, açılıb. Hansı mal harada, nə vaxt gəlib, kim açıb: bir siyahıda, telefondan da.

  • 3 status
  • İzləmə nömrəsi
  • Telegram paneli
150 ₼Birdəfəlik
Biznes paketi: WorkCheck, DepoCheck, PayCheckPaket
Mağaza üçün dəst

WorkCheck, DepoCheck və PayCheck birlikdə: işçilər, anbar və borclar bir yerdə, bir Telegram botu ilə.

  • 3 proqram
  • 1 bot
  • 70 ₼ qənaət
350 ₼420 ₼Birdəfəlik
KartCheck proqramı
Kart limitləri

Kartdan karta köçürmələrin gündəlik və aylıq limiti var. KartCheck hər karta gələn məbləği qeyd edir və limitə nə qədər qaldığını göstərir.

  • Günlük · aylıq limit
  • Bir neçə kart
  • Xəbərdarlıq
100 ₼Birdəfəlik
NedoVin Telegram botu
Avtomobil alışı

turbo.az-dakı maşının keçmişini almadan əvvəl öyrənin. VIN kodu və elanın linkini göndərin, bot qəza, auksion və yürüş tarixçəsini şəkillərlə qaytarır.

  • Qəza qeydləri
  • Auksion şəkilləri
  • Telegram-da
30 ₼/ ayLimitsiz yoxlama
NFC və QR menyu stendi
Aksesuar

Masaüstü stend: telefonu yaxınlaşdırın və ya QR-ı skan edin, menyu açılır. Kafenizin loqosu ilə hazırlanır, NodMenu ilə və ya ayrıca.

  • NFC çip + QR
  • Loqo ilə
  • Link dəyişilə bilər
10 ₼/ ədədTopdan endirim
Hazırlanır
Bərbər · Salon · Klinika

Növbə sistemi

Müştəri Telegram botundan özü növbə götürür, siz cədvəli paneldə və telefonda görürsünüz. Saxta növbələrə qarşı qoruma.

Tezliklə
Xəbər edin
Hazırlanır
Mesajlaşma

Automessager

Müştərilərinizə avtomatik mesajlar: xatırlatmalar, kampaniyalar, təşəkkür. Vaxtında və əl ilə yazmadan.

Tezliklə
Xəbər edin

Proqramlar necə işləyir

Hər biri bir gündəlik problemi həll edir. Üçünə yaxından baxın.

NodMenu: masalar və sifarişlər

Ofisiant masaya yalnız sifarişi aparır

Müştəri masadakı stendə telefonunu toxundurur, menyu açılır, seçdiklərini səbətə atır. Həmin an sifariş kassada masa nömrəsi ilə görünür və Telegram-a bildiriş gəlir. Sifariş qəbul etmək, yazmaq, kassaya çatdırmaq lazım olmur.

BirCheck: kartlar və əməliyyatlar

Pul işçinin kartına gələn an siz görürsünüz

Bankdan işçinin telefonuna gələn SMS avtomatik Telegram botuna düşür, proqram oxuyub cədvələ yazır. Kim nə qədər qəbul edib, nə vaxt, nə qədər çıxarıb: axşam yox, həmin dəqiqə bilirsiniz. Bank şifrəsi tələb olunmur.

NodTimer: masalar və taymerlər

«Neçədə oturdu?» mübahisəsi bitir

Hər konsol və masa üçün ayrıca taymer. Bir düymə ilə başlayır, məbləği tarifə görə özü sayır, vaxt bitməyə yaxın xəbərdarlıq edir. Klubda olmayanda telefondan baxırsınız: hansı masalar dolu, bu gün nə qədər yığılıb.

Biznesinizi tanıyırıq

Proqramlar Azərbaycan bazarı üçün yazılıb: Birbank SMS-ləri, kartdan karta limitlər, nisyə satış, Telegram vərdişi.

  • Restoranlar
  • Kafelər
  • PlayStation klubları
  • Mağazalar
  • Kartla satış edənlər
  • Avtomobil alanlar
  • Bərbər və salonlar

Bizneslə bağlı sualınız var?

Biznesinizi bir neçə cümlə ilə yazın. Hansı proqramın uyğun olduğunu və dəqiq qiyməti deyək, demo göstərək.

Adətən 5 dəqiqə ərzində cavab veririk · 070 583 36 30

Sizə xüsusi hazırlayırıq

Hazır proqram uyğun gəlmirsə, biznesinizə özəl sayt, bot və ya proqram yazırıq. Qiymətlər başlanğıcdır.

Instagram sifariş botu

Direct-ə yazan müştəriyə dərhal cavab verir, sifarişi qəbul edir, sizə Telegram-a ötürür.

700 ₼-dan

Telegram botu

Sifariş, bildiriş, hesabat, növbə. Biznesinizin prosesinə uyğun yazılır.

300 ₼-dan

Tanıtım saytı

Bir səhifəlik müasir sayt: xidmətlər, qiymətlər, əlaqə, WhatsApp düyməsi. Domen və hostinqlə.

500 ₼-dan

Korporativ sayt

Çoxsəhifəli şirkət saytı, bir neçə dil, idarəetmə paneli.

1500 ₼-dan

Onlayn mağaza

Məhsullar, səbət, sifariş, ödəniş və admin panel: tam satış saytı.

3000 ₼-dan

Fərdi proqram və dəstək

Windows proqramı və ya veb panel, iş prosesiniz necədirsə elə. Aylıq texniki dəstək 20 ₼.

Razılaşma ilə
01 / 10
Restoran · KafeÖmürlük lisenziya

NodMenu

Masadan sifariş sistemi. Müştəri sifarişi özü verir, siz onu kassada və Telegram-da görürsünüz.

600 ₼16 masaya qədər, NFC stendlər, quraşdırma və menyunun yığılması daxil. Hər əlavə masa +25 ₼.
Sifariş edin
NodMenu kassa proqramı: masalar və sifarişlər

Nədir

Hər masanın üstündə kiçik stend durur. Müştəri telefonunu stendə yaxınlaşdırır və ya QR kodu skan edir, qarşısında kafenizin menyusu açılır: şəkillər, qiymətlər, kateqoriyalar. Seçdiklərini səbətə atır, sifarişi təsdiqləyir.

Həmin an sifariş kassadakı kompüterdə masa nömrəsi ilə görünür və sizin Telegram-ınıza bildiriş gəlir. Ofisiant masaya yalnız sifarişi aparmaq üçün gedir, sifariş qəbul etmək, yazmaq, kassaya çatdırmaq lazım olmur.

Necə işləyir

  1. Hər masanın öz unikal linki var. 7-ci masanın stendindən 9-cu masa adına sifariş vermək mümkün deyil, qarışıqlıq olmur.
  2. Menyunu, qiymətləri və şəkilləri proqramın özündən dəyişirsiniz. Dəyişiklik dərhal müştərinin ekranında görünür, yenidən çap etməyə ehtiyac yoxdur.
  3. Sifarişlər kassa proqramında masalara görə siyahılanır: yeni, hazırlanır, verildi. Hansı masanın nə gözlədiyi bir baxışda bəllidir.
  4. Gün sonunda hesabat: hansı masa nə qədər sifariş verib, ən çox satılan məhsullar, günlük cəmi.

Kimlər üçün

Kafe və restoranlarÇay evləriKalyan məkanlarıPab və loungeOfisiantı az olan yerlər

Ekranlar

NodMenu, müştərinin telefonunda menyu
Müştərinin telefonunda menyu
NodMenu, kassa proqramında sifarişlər
Kassa proqramı, masalar və sifarişlər
NodMenu. Telegram bildirişi
Telegram bildirişi
NodMenu, masaüstü stend
Masadakı NFC stend
Müştəri tətbiq yükləməlidir?

Xeyr. Link telefonun adi brauzerində açılır. NFC olmayan telefon üçün stendin üstündə QR kod var.

Mətbəx üçün ayrıca monitor lazımdır?

Lazım deyil. Sifarişlər kassa kompüterində və Telegram-da görünür. İstəsəniz, mətbəxə də ayrıca ekran qoşmaq olar.

Menyunu özümüz dəyişə bilərik?

Bəli. Məhsul əlavə etmək, qiyməti dəyişmək, şəkil qoymaq, hamısı proqramın içindən, bizə yazmadan.

Masa sayı 16-dan çoxdursa?

Hər əlavə masa stendlə birlikdə +25 ₼. Masa sayında məhdudiyyət yoxdur.

NodMenu-nu canlı görmək istəyirsiniz?

WhatsApp-da yazın, telefonunuzda demo açaq, suallarınızı cavablandıraq.

Demo istəyin
02 / 10
PlayStation · BilyardLisenziya ilə

NodTimer

Oyun klubları üçün vaxt və hesablama. Bir düymə ilə başlayır, məbləği özü sayır, bitəndə xəbər verir.

1 ay25 ₼
1 il200 ₼
Ömürlük400 ₼
Quraşdırma daxildir. Masa sayında məhdudiyyət yoxdur.
Sifariş edin
NodTimer: masalar və taymerlər

Nədir

Klubdakı hər konsol və masa üçün ayrıca taymer. Müştəri oturanda masanı seçib "Başlat" basırsınız, vaxt gedir, məbləğ saat tarifinə görə özü hesablanır. Sabit vaxt seçilibsə (1 saat, 2 saat), bitəndə proqram xəbərdarlıq edir; açıq vaxtda isə müştəri qalxanda "Dayandır", məbləğ hazırdır.

Kağız-qələm, "neçədə oturdu?" mübahisəsi, unudulan masalar, bunlar qalmır. Gün sonunda hansı masanın nə qədər gəlir gətirdiyi hesabatda görünür.

Necə işləyir

  1. PS3, PS4 və bilyard masalarını proqrama əlavə edir, hər birinə öz saat tarifini yazırsınız.
  2. Müştəri gələndə masanı seçirsiniz: sabit vaxt və ya açıq vaxt. Taymer işə düşür.
  3. Vaxt bitməyə yaxın proqram səs və ekranla xəbərdarlıq edir. Uzatmaq bir düymədir.
  4. Klubda olmayanda telefondan baxırsınız: hansı masalar dolu, bu gün nə qədər yığılıb.

Kimlər üçün

PlayStation klublarıBilyard zallarıOyun zonası olan kafelər

Ekranlar

NodTimer, əsas ekran, masalar və taymerlər
Əsas ekran, masalar və taymerlər
NodTimer, gün sonu hesabat
Gün sonu hesabat
NodTimer, telefondan görünüş
Telefondan görünüş
Lisenziya bitəndə məlumatlar silinir?

Xeyr. Bütün məlumatlar kompüterinizdə qalır, lisenziyanı yeniləyəndən sonra olduğu yerdən davam edirsiniz.

Tarifi gecə və gündüz üçün ayrı qoymaq olar?

Bəli, hər masa üçün tarifi istənilən vaxt dəyişmək olar.

İnternet olmasa işləyir?

Taymer və hesablama internetsiz işləyir. Telefondan baxış üçün internet lazımdır.

Klubunuz üçün sınayın

WhatsApp-da yazın, proqramı göstərək, tariflərinizi birlikdə quraq.

Demo istəyin
03 / 10
İşçi nəzarətiÖmürlük lisenziya

WorkCheck

İşçilərin gəliş-gedişi, iş saatları, maaşı və gündəlik qeydləri, bir proqramda, Telegram ilə.

150 ₼Birdəfəlik. Quraşdırma və Telegram botunun qoşulması daxildir.
Sifariş edin
WorkCheck: bugünkü davamiyyət

Nədir

Kim neçədə gəldi, neçədə getdi, bu ay neçə gün işlədi, neçə gün gəlmədi, maaşı nə qədər olur. WorkCheck bunların hamısını özü hesablayır. Ay sonunda "neçə gün işləmisən?" söhbəti olmur: cədvəl hazırdır.

Hər işçinin kartı var: ad, telefon, maaş, ümumi qeyd. Üstəlik hər gün üçün qısa qeyd yaza bilərsiniz, nə yaxşı etdi, nə səhv etdi. Bir ildən sonra kimin necə işlədiyi bir baxışda görünür.

Necə işləyir

  1. İşçi gələndə Telegram botuna "gəldim" yazır, gedəndə "getdim". İstəsəniz, qeydi siz və ya kassir edir.
  2. Proqram saatları hesablayır, gecikməni qeyd edir, gəlməyən günü buraxılmış sayır.
  3. Ay sonunda maaş cədvəli hazırdır: saatlıq və ya aylıq hesablama, buraxılan günlər nəzərə alınmaqla.
  4. Telefondan baxırsınız: bu gün kim işdədir, kim gecikib.

Kimlər üçün

MağazalarKafelərSexlər və emalatxanalarServis mərkəzləri3–30 işçisi olan hər biznes

Ekranlar

WorkCheck, işçilər siyahısı
İşçilər və bugünkü vəziyyət
WorkCheck, aylıq maaş cədvəli
Aylıq maaş cədvəli
WorkCheck. Telegram botu
Telegram botu
İşçi başqasının adından "gəldim" yaza bilər?

Hər işçi öz Telegram hesabından yazır; bot kimin yazdığını bilir. İstəsəniz, qeydi yalnız kassir və ya siz edə bilərsiniz.

Maaş saatlıq, yoxsa aylıq hesablanır?

Hər ikisi mümkündür, işçinin kartında seçirsiniz.

Bir neçə filial üçün işləyir?

Hər filial üçün ayrıca quraşdırılır; istəsəniz, bildirişlər bir Telegram-a gəlir.

İşçi nəzarətini bir gündə qurun

WhatsApp-da yazın, proqramı göstərək, sizin iş qrafikinizə uyğunlaşdıraq.

Demo istəyin
04 / 10
Birbank kartlarıÖmürlük lisenziya

BirCheck

İşçilərdəki Birbank kartlarına real vaxtda nəzarət. Hər mədaxil və məxaric, anında sizin ekranınızda.

200 ₼Birdəfəlik. Bank şifrəsi və ya kart məlumatı tələb olunmur.
Sifariş edin
BirCheck: kartlar və əməliyyatlar

Nədir

Müştərilər pulu işçinin kartına köçürür, siz isə yalnız axşam, işçi deyəndə bilirsiniz. BirCheck bunu dəyişir: hər kartın mədaxilini, məxaricini və balansını anında göstərir. Bankdan işçinin telefonuna gələn SMS avtomatik Telegram botuna ötürülür, proqram onu oxuyub cədvələ yazır.

Kim nə qədər qəbul edib, nə vaxt, nə qədər çıxarıb, hamısı sizin kompüterinizdə və telefonunuzda. Gün sonunda hər kart üçün hesabat.

Necə işləyir

  1. İşçinin telefonunda bir dəfə SMS yönləndirmə qurulur, bunu quraşdırma zamanı biz edirik.
  2. Birbank-dan gələn hər SMS avtomatik bota düşür. İşçinin heç nə etməsinə ehtiyac yoxdur.
  3. Proqram SMS-i oxuyur: məbləğ, istiqamət, vaxt, qalıq. Cədvələ yazır, sizə bildiriş göndərir.
  4. Bir neçə kartı bir paneldə izləyirsiniz; axşam hesabatı özü gəlir.

Kimlər üçün

Kuryerlə işləyən mağazalarKartla ödəniş alan kafelərBir neçə satış nöqtəsiİşçi kartından istifadə edən hər biznes

Ekranlar

BirCheck, kartlar və balanslar
Kartlar və balanslar
BirCheck, əməliyyatlar siyahısı
Əməliyyatlar
BirCheck. Telegram bildirişi
Telegram bildirişi
Bank hesabına giriş lazımdır?

Xeyr. Proqram yalnız bankın göndərdiyi SMS-ləri oxuyur. Şifrə, kart nömrəsi, internet-bankinq, heç biri tələb olunmur.

İşçi SMS yönləndirməni söndürsə?

Həmin kartdan məlumat gəlməyəcək və proqram bunu göstərəcək, siz dərhal biləcəksiniz.

Başqa bankların kartları?

Hazırda Birbank dəstəklənir. Digər bankların SMS formatı üçün sifarişlə əlavə edirik.

Kartlara nəzarəti bu gün qurun

WhatsApp-da yazın, necə işlədiyini canlı göstərək.

Demo istəyin
05 / 10
Nisyə satış · BorclarÖmürlük lisenziya

PayCheck

Borcluların siyahısı, ödənişlər və avtomatik xatırlatmalar. Heç bir borc unudulmur.

120 ₼Birdəfəlik. Həm kompüterdə, həm telefonda işləyir.
Sifariş edin
PayCheck: borclular siyahısı

Nədir

Nisyə satırsınız, dəftərə yazırsınız, sonra dəftər itir və ya kimin nə vaxt ödəməli olduğu yaddan çıxır. PayCheck bu dəftəri əvəz edir: hər borclu üçün ad, məbləğ, telefon, qeyd və tarix. Qismən ödəyəndə qeyd edirsiniz, qalıq özü hesablanır.

Ödəniş vaxtı yaxınlaşanda proqram sizə Telegram-a xatırlatma göndərir. Mühasib üçün bütün siyahını bir düymə ilə Excel-ə çıxarırsınız. Rus dilində interfeys də var.

Necə işləyir

  1. Borclunu əlavə edirsiniz: kim, nə qədər, nə üçün, nə vaxta qədər.
  2. Ödəniş gələndə məbləği qeyd edirsiniz, tam və ya qismən. Qalıq və tarixçə özü yenilənir.
  3. Vaxt yaxınlaşanda və keçəndə Telegram-a xatırlatma gəlir.
  4. Ay sonunda hesabat: ümumi borc, yığılan, gecikən.

Kimlər üçün

Nisyə satan mağazalarTopdan satışServis mərkəzləriTikinti materialları

Ekranlar

PayCheck, borclular siyahısı
Borclular siyahısı
PayCheck, borclunun kartı və ödənişlər
Borclunun kartı və ödənişlər
PayCheck, telefonda görünüş
Telefonda
Xatırlatma müştəriyə gedir, yoxsa mənə?

Sizə, Telegram-a. Müştəriyə nə yazacağınıza özünüz qərar verirsiniz, proqram onun nömrəsini bir toxunuşla açır.

Köhnə dəftərdəki borcları köçürmək olar?

Bəli. Quraşdırma zamanı mövcud siyahını birlikdə daxil edirik.

Borc dəftərini bağlayın

WhatsApp-da yazın. PayCheck-i telefonunuzda açıb göstərək.

Demo istəyin
06 / 10
Anbar · BağlamalarÖmürlük lisenziya

DepoCheck

Mağaza üçün bağlama və anbar nəzarəti: yolda, anbarda, açılıb, hər mal bir siyahıda.

150 ₼Birdəfəlik. Telegram paneli ilə bir neçə nəfər istifadə edə bilər.
Sifariş edin
DepoCheck: bağlamalar

Nədir

Xaricdən və ya təchizatçıdan mal sifariş edirsiniz, bağlamalar müxtəlif vaxtda gəlir, bəzisi anbarda açılmamış qalır, bəzisinin harada olduğu bilinmir. DepoCheck hər bağlamanı üç mərhələdə izləyir: yoldadır, anbardadır (açılmayıb), açılıb.

Hansı mal nə vaxt gəlib, kim açıb, nə qədər gəlib, bir siyahıda. Telegram botundan telefonla da baxmaq və statusu dəyişmək olur.

Necə işləyir

  1. Sifariş verəndə bağlamanı əlavə edirsiniz: mal, miqdar, izləmə nömrəsi, gözlənilən tarix.
  2. Bağlama gələndə statusu "Anbarda" edirsiniz, kompüterdən və ya Telegram-dan.
  3. Açılanda "Açılıb", kim, nə vaxt açdığı qeyd olunur.
  4. Siyahını statusa, tarixə və izləmə nömrəsinə görə süzürsünüz.

Kimlər üçün

Onlayn mağazalarXaricdən mal gətirənlərAnbarı olan mağazalarAksesuar və elektronika satışı

Ekranlar

DepoCheck, bağlamalar siyahısı
Bağlamalar siyahısı
DepoCheck. Telegram paneli
Telegram paneli
Kargo şirkəti ilə inteqrasiya var?

Xeyr, statuslar əl ilə dəyişilir. Bu, sadə və etibarlıdır, hər kargo şirkətinin sistemi fərqlidir.

Satış və qalıq hesablanır?

DepoCheck bağlamaları izləyir, satış proqramı deyil. Qalıq və satış üçün fərdi həll yaza bilərik.

Anbarı nizama salın

WhatsApp-da yazın, proqramı göstərək.

Demo istəyin
07 / 10
Mağaza üçün dəst3 proqram

Biznes paketi

WorkCheck, DepoCheck və PayCheck birlikdə. İşçilər, anbar və borclar, bir Telegram botu, bir quraşdırma.

350 ₼420 ₼Üç proqram ayrı-ayrı 420 ₼. Paketlə 70 ₼ qənaət.
Sifariş edin
Biznes paketi: üç proqram

Nədir

Mağazanın üç gündəlik problemi: işçilər neçədə gəlib-gedir, hansı mal gəlib-gəlməyib, kim nə qədər borcludur. Paket bu üçünü bir yerdə həll edir. Hamısı bir Telegram botuna qoşulur, bir yerdən həm işçi, həm bağlama, həm borc bildirişi gəlir.

Üç proqram bir gündə quraşdırılır və birlikdə öyrədilir. Hər biri ayrıca da işləyir, sonradan birini başqa kompüterə köçürmək olar.

Nə daxildir

  1. WorkCheck, işçilərin gəliş-gedişi, saatları, maaşı, gündəlik qeydlər.
  2. DepoCheck, bağlamalar: yolda, anbarda, açılıb.
  3. PayCheck, borclular, ödənişlər, xatırlatmalar, Excel.
  4. Bir Telegram botu, quraşdırma və öyrətmə.

Kimlər üçün

MağazalarTopdan satışServis mərkəzləriNisyə satan bizneslər

Ekranlar

Biznes paketi, üç proqram bir ekranda
Üç proqram bir ekranda
Biznes paketi, ümumi Telegram botu
Ümumi Telegram botu
Yalnız ikisini almaq olar?

Olar, hər proqram ayrıca satılır. Paket qiyməti üçü birlikdə alanda tətbiq olunur.

Sonradan NodMenu və ya BirCheck əlavə etsək?

Mövcud müştərilərə əlavə məhsullarda endirim edirik, yazın, hesablayaq.

Üç problemi bir gündə həll edin

WhatsApp-da yazın, paketi göstərək.

Demo istəyin
08 / 10
Kart limitləriÖmürlük lisenziya

KartCheck

Kartdan karta limitləri aşmayın. Hər karta nə qədər gəldiyini və nə qədər yer qaldığını göstərir.

100 ₼Birdəfəlik. BirCheck ilə birlikdə alanda avtomatik qeyd.
Sifariş edin
KartCheck: kartlar və limitlər

Nədir

Azərbaycanda kartdan karta köçürmələrin gündəlik və aylıq həddi var. Ödənişləri bir neçə kartla qəbul edəndə hansına nə qədər gəldiyini yadda saxlamaq çətindir, limit dolanda köçürmə keçmir, müştəri gözləyir. KartCheck hər karta gələn məbləği qeyd edir və hər kart üçün "bu gün daha nə qədər qəbul edə bilər" göstərir.

Limitə yaxınlaşanda xəbərdarlıq gəlir, müştəriyə vaxtında başqa kartı verirsiniz.

Necə işləyir

  1. Kartları və hər birinin gündəlik, aylıq limitini əlavə edirsiniz.
  2. Pul gələndə məbləği kartın üstündə qeyd edirsiniz. BirCheck varsa, qeyd avtomatik düşür.
  3. Proqram qalığı hesablayır; limit dolmağa yaxın kart qırmızıya keçir, Telegram-a bildiriş gəlir.
  4. Gün və ay bitəndə sayğac özü sıfırlanır.

Kimlər üçün

Kartla ödəniş alan kiçik bizneslərOnlayn satıcılarBir neçə kartla işləyənlər

Ekranlar

KartCheck, kartlar və limitlər
Kartlar və limitlər
KartCheck, tarixçə
Tarixçə
Limitlər dəyişsə?

Hər kartın limitini özünüz istənilən vaxt dəyişirsiniz.

Bankla əlaqəsi var?

Xeyr. Məbləğləri siz qeyd edirsiniz və ya BirCheck SMS-lərdən oxuyur. Bank hesabına giriş tələb olunmur.

Limit problemini unudun

WhatsApp-da yazın, proqramı göstərək.

Demo istəyin
09 / 10
Avtomobil alışıAylıq abunə

NedoVin

turbo.az-dakı maşının keçmişini almadan əvvəl öyrənin. VIN göndərin, hesabat şəkillərlə gəlsin.

30 ₼/ ayLimitsiz yoxlama. İstənilən vaxt dayandırmaq olar.
Abunə olun
NedoVin: Telegram-da hesabat

Nədir

Elanda "qəzasız, bir sahibdən" yazılır, amma maşının keçmişini bilmirsiniz. NedoVin Telegram botudur: elanın linkini və VIN kodu göndərirsiniz, bot maşının tarixçəsini yoxlayır, qəza qeydləri, auksion satışları, köhnə yürüş rəqəmləri, satış zamanı çəkilmiş şəkillər. Nəticəni bir neçə dəqiqəyə hesabat kimi qaytarır.

Elandakı şəkillə auksiondakı şəkli yanaşı qoyursunuz, baxılası maşındırmı, dərhal bəlli olur.

Necə işləyir

  1. Telegram-da bota yazırsınız: VIN kod və turbo.az elanının linki.
  2. Bot mənbələrdən məlumatı toplayır və elandakı məlumatla müqayisə edir.
  3. Hesabat gəlir: qəza və zədə qeydləri, auksion tarixçəsi, yürüş, şəkillər.
  4. Abunə müddətində istənilən sayda maşın yoxlayırsınız.

Kimlər üçün

Maşın alanlarAvtomobil dilerləriEkspertlər və avtoservislər

Ekranlar

NedoVin. Telegram-da hesabat
Telegram-da hesabat
NedoVin, auksion şəkilləri
Auksion şəkilləri
Hər maşın üçün məlumat tapılır?

Xaricdən gətirilən maşınlar üçün ən dolğun nəticə alınır. Yalnız yerli bazarda olmuş maşınlarda məlumat az ola bilər, bunu hesabatda açıq yazırıq.

VIN kodu haradan tapım?

Elanda, texpasportda və ya şüşənin altındakı lövhədə. Satıcıdan istəmək də normaldır, gizlədirsə, bu özü bir işarədir.

Maşını almadan əvvəl yoxlayın

WhatsApp-da yazın, abunəni açaq.

Abunə olun
10 / 10
AksesuarRestoran · Kafe

NFC / QR menyu stendi

Masaüstü stend: telefonu yaxınlaşdırın və ya QR-ı skan edin, menyu açılır. Kafenizin loqosu ilə.

10 ₼/ ədədTopdan sifarişdə endirim. NodMenu ilə alanda 16 ədəd qiymətə daxildir.
Sifariş edin
NFC menyu stendi və telefonda menyu

Nədir

Masanın üstündə duran kiçik stend. İçində NFC çip var: müştəri telefonunu yaxınlaşdırır, menyu açılır, heç nə skan etmədən. NFC-si olmayan telefon üçün stendin üzündə QR kod da var.

Stend kafenizin loqosu və rəngləri ilə hazırlanır. Linki istənilən vaxt dəyişmək olur, menyu yenilənəndə stendi dəyişməyə ehtiyac yoxdur.

Necə işləyir

  1. Loqonuzu və menyu linkini göndərirsiniz (NodMenu, PDF, Instagram, sayt, fərqi yoxdur).
  2. Stendlər dizayn olunur, çiplər proqramlanır, masalara görə nömrələnir.
  3. Masalara qoyursunuz, müştəri toxunur, menyu açılır.

Kimlər üçün

Kafe və restoranlarÇay evləriOtel və loungeHazır onlayn menyusu olan hər yer

Şəkillər

Masaüstü NFC menyu stendi
Masada stend
Stendin loqo ilə dizaynı
Loqo ilə dizayn
NodMenu olmadan da işləyir?

Bəli. İstənilən linkə yönləndirmək olar: PDF menyu, Instagram səhifəsi, sayt.

Menyu dəyişəndə stendi dəyişmək lazımdır?

Xeyr. Link eyni qalır, linkin açdığı menyunu dəyişirsiniz.

Masalarınız üçün stend sifariş edin

WhatsApp-da masa sayını və loqonuzu göndərin, nümunəni göstərək.

Sifariş edin